"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirib

--2018-10-10 / 14:23

imişli regional ədliyyə idarəsi və imişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında imişli şəhər N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə 11-ci sinif şagirdləri üçün 09 oktyabr 2018-ci il tarixdə idarənin əməkdaşları ilkin Savalan, Ruslan ismayılov və Xəzər Qabillinin iştirakı ilə “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir. Tədbirdə məktəbin direktoru Akif Mövsümov və 42 nəfər şagird heyəti iştirak edib/ Bu barədə məlumatı imişli regional ədliyyə idarəsi yayıb.

Tədbiri giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi i.Savalan əməkdaşları təqdim etdikdən sonra bildirdi ki, bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsi heç də təsadüfü deyildir. Belə ki, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm prezident ilham əliyevin “ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır. 22 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 ili tamam olur. Hər il olduğu kimi bu ildə ədliyyə işçiləri öz peşə bayramlarını çox böyük coşqu ilə qeyd edəcəklər.

Sonra R.ismayılov Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda şagirdlər Elmir Paşayev, Elçin əzizov, Sahib ibayev və digərlərini maraqlandıran suallar cavablandırılıb.

 Belediyye.info

 

 

 

 

 

 

ŞƏRHLƏR